“Dini müxtəliflik və suverenlik: tolerantlığın hüquqi və sosial əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib
30 iyul 2025-ci il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala regional bölməsi və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Dini müxtəliflik və suverenlik: tolerantlığın hüquqi və sosial əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib.
DQİDK-nın Zaqatala regional bölməsinin Qax rayon üzrə nümayəndəsi Tərlan Nəzərov, rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Tədbirdə ölkəmizdə dini həmrəyliyin, tolerantlığın və qarşılıqlı hörmətin təbliği müzakirə olunub.
Çıxışlarda Azərbaycanın tarixən müxtəlif dinlərin və xalqların nümayəndələrinin qarşılıqlı hörmət, həmrəylik və dözümlülük şəraitində yaşadığı, müxtəlif mədəniyyətlərin həm coğrafi, həm də mədəni baxımdan qovuşduğu unikal bir məkan olduğu qeyd edilib. Həmçinin ölkəmizdə dini müxtəlifliyin və tolerantlığın qorunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu, bu dəyərlərin milli birliyimizin və suverenliyimizin möhkəmlənməsində mühüm rol oynadığı vurğulanıb.






