Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

"Doctorbio" Qax Eco Parkının açılışı olub

17 fevral 2026 | 12:48

Açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, qonaqlar, rayon fəalları və ictimaiyyət nümayəndələri iştirak edib.

Müəssisənin fəaliyyət məqsədləri bölgəmizdə aqrobio müxtəlifliyin inkişafı və davamlı istifadəsi, turizm fəaliyyəti göstərmək, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, istehsal olunan ekoloji təmiz məhsullardan istifadə etməklə milli yeməkləri təqdim etmək, aqroturizm imkanlarının genişləndirilməsi və təşviqidir.

Eyni zamanda Eco Park ekoloji maarifləndirmə, yaşıllaşdırma, ətraf mühitin qorunması və ekoloji balansın yaxşılaşdırılmasında mühüm rol oynayır.

 Eco Park yerli sakinlər və ziyarətçilər üçün təbiətdə vaxt keçirmək, heyvan və bitkilərlə tanış olmaq imkanı yaradan unikal bir məkandır.

Rayonun Böyük Alatəmir kəndi ərazisində yerləşən "Doctorbio" Qax Eco Parkında meyvə bağı, ictimai-iaşə obyektləri, konsert və tamaşalar üçün səhnə, uşaqlar üçün əyləncə meydançası, maraqlı fauna və flora növləri, həmçinin müxtəlif ölkələrdən gətirilmiş quş növləri mövcuddur.

Gələcəkdə müəssisə tam fəaliyyətə başladıqdan sonra burada 70 nəfər işlə təmin olunacaqdır.

Keçidlər