Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Dövlət Qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir

24 iyun 2024 | 16:13

   23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd edilir.

   Dövlət Qulluqçularının Peşə bayramı Günü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis olunub.

    Bu münasibətlə rayon İcra Hakimiyyətində tədir keçirilmişdir.

    Tədbirdə rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun idarə, müəssisə və təşklatlarında çalışan dövlət qulluqçuları iştirak etmişlər.

   Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev tədbirdə çıxış edərək bildirmişdir ki, dünya təcrübəsində qəbul edilmiş dövlət idarəetmə sistemlərinə və yeni çağırışlara uyğun olaraq ölkəmizdə milli dövlət quruculuğu istiqamətində islahatlar uğurla davam etdirilir. Aparılan islahatların əsas məqsədi çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, elektron hökumətin qurulması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması və bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir.

    M.Şəkiliyev Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılmasında və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən söhbət açmış, keçirilən islahatların ən bariz nümunəsinin dövlət qulluğunda səmərəliliyin artırılması, eyni zamanda dövlət qulluqçularının hüquqi statusunun müəyyən olunması məqsədilə 21 iyul 2000-ci il tarixində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edildiyini nəzərə çatdırmışdır. RİH başçısı bu Qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsasının qoyulduğunu, bu sahədə kadr siyasətinin əsas prinsiplərinin, dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin müəyyənləşdirildiyini bildirmişdir.

     Bu uğurlu siyasətin bu gün də Ulu öndərin layiqli davamçısı prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan RİH başçısı, bu gün ölkəmizdə həyata keçirilən islahatların səmərəliyini daha da artırmaq məqsədi ilə dövlət qulluğu və kadr siyasətinin təkmilləşdirilməsi sahəsində ardıcıl tədbirlərin görüldüyünü, Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə Dövlət Qulluqçularının Peşə Bayramı Günü elan olunmasını bunun bariz nümunəsi olduğunu diqqətə çatdırmışdır.

   Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusuna fəxri fərmanlar təqdim olunmuşdur.

   Həmçinin ölkə başçısı cənab İlham Əliyev 23 iyun- Dövlət qulluqçularının peşə bayramı münasibəti bir qrup dövlət qulluqçusunu təltif etmişdir.

   Sevindirici haldır ki, təltif olunanlar arasında rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşı da yer alır.

    Cənab Prezident İlham Əliyevin 24 iyun 2024-cü il tarixli sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə rayon İcra Hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Qumuxov Elsevər Əsgər oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.

 

 

Keçidlər