Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Dursunov Fərid Fazil oğlu

16 fevral 2026 | 09:12

Sabahın xeyir, #Qax!

Dursunov Fərid Fazil oğlu 26.07.1986-cı ildə Qax rayonunun Qorağan kəndində anadan olmuşdur. Qorağan kənd tam orta məktəbini 2003-cü ildə bitirmiş, həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut)  daxil olmuşdur. 2008-ci ildə həmin məktəbi bitirdikdən sonra müxtəlif hərbi hissələrdə xidmət etmişdir. 2016-cı ildə “Aprel döyüşləri”nin də iştirakçısı olan Kapitan Fərid Dursunov Vətən müharibəsində Kəlbəcər isdiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.         

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Xidmətdə fərqlənməyə görə”  medalları ilə təltif olunmuşdur. 

29.09.2020-ci ildə Qax rayonunun Qorağan kəndində dəfn olunmuşdur.

Ailəli idi. İki övladı yadigar qalıb.

Keçidlər