Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Əlibəyli kəndinin sakinləri ilə RİH başçısının növbəti səyyar görüşü keçirilmişdir

22 yanvar 2025 | 10:13

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Əlibəyli kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.

Müraciətlər kəndin elektrik enerjisi təchizatının yaxşılaşdırılmasına, kənddaxili suvarma kanalının təmizlənməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur. 

 Qəbulda qaldırılan məsələlər nəzarətə götürülərək, onların  həlli ilə bağlı rayonda fəaliyyət göstərən xidmət təşkilatlarına müvafiq tapşırıqlar verilmişdir.

 

Keçidlər