Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Əlibəyli kəndinin sakinləri ilə səyyar görüş keçirilmişdir.

18 yanvar 2024 | 11:43

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Əlibəyli kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.

Müraciətlər kəndin 60 ailəsinin yaşadığı ərazidə içməli su probleminin aradan qaldırılmasına, kənddaxili mövcud suvarma kanalının təmizlənməsinə, kənd əhalisinin optik internet şəbəkəsinə qoşulmasına, vətəndaşa pay torpaq sahəsinin verilməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.

Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.

 

Keçidlər