Əliyev Təbriz Tofiq oğlu
Sabahın xeyir, #Qax!
Əliyev Təbriz Tofiq oğlu 20 avqust 2001-ci ildə Qax şəhərində anadan olub. Qax şəhər 3 nömrəli tam orta məktəbinin 9-cu sinfini bitirdikdən sonra təhsilini Qax Peşə Liseyində “ geniş-profilli traktorçu-maşinist, təmirçi-çilingər, avtomobil sürücüsü” ixtisası üzrə davam etdirib. 2019-cu ilin oktyabrın 2 – də həqiqi hərbi xidmətə çağrılıb. Vətən müharibəsində Talışkənd –Suqovşan uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” ,"İgidliyə görə" və “Suqovuşanın azad olunmasına görə” medalları və 25 iyun 2026-cı il tarixli sərəncamı ilə isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. 19 oktyabr 2020-ci il tarixdə Qax şəhər Şəhidlər xiyabanında dəfn olunub. Allah şəhidlərimizə rəhmət eləsin.






