Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Əmbərçay kəndinin sakinləri ilə RİH başçısının növbəti səyyar görüşü keçirilmişdir.

07 noyabr 2023 | 16:56

      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Əmbərçay kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

      Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının  rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlər kəndə qaz xəttinin çəkilməsinin tezləşdirilməsinə, qış aylarında elektrik enerjisi ilə bağlı yaranan çətinliklərin aradan qaldırılmasına, elektik xəttinin altında olan ağacın budanmasına, optik rabitə kabelinin yerinin dəyişdirilməsinə, kənd ərazisində yerləşən suvarma kanalının təmir olunmasına və vaxtaşırı təmizlənməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.

     Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq  tədbirlərin görüləcəyi bildirilmişdir. 

Keçidlər