Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Əmircan kəndinin sakinləri ilə RİH başçısının növbəti səyyar görüşü keçirilmişdir.

05 sentyabr 2024 | 16:04

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Əmircan kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.

Müraciətlər kəndin yeni yaşayış massivinin  elektrik təchizatının yaxşılaşdırılmasına, məcburi köçkünlərin məskunlaşdığı ərazidəki çayın üzərindəki körpünün bərpa olunmasına, suvarma suyunun kəndə verilməsinə, içməli su borularındakı nasazlıqların aradan qaldırılmasına, vətəndaşa həyətyanı torpaq sahəsinin verilməsinə, kənd təsərrüfatı məhsullarının əkilməsi üçün bələdiyyənin ehtiyat fondundan torpaq sahəsinin ayrılmasına və özünüməşğulluq proqramına cəlb olunmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur. 

Qəbulda vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.

 

Keçidlər