Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi anılıb
28 aprel 2025-ci il tarixdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində görkəmli alim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Zərifə xanım Əliyevanın anadan olmasının 102 illiyinə həsr edilmiş “Zərifə Əliyeva- Gözə nur, elmə işıq” adlı konfrans keçirilib.
Rayon rəhbərliyinin, YAP fəallarının, idarə,müəssisə və təşkilat kollektivlərinin və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirin əvvəlində Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr edilmiş videofilm nümayiş etdirilib.
Konfransda Qax Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova çıxış edərək, akademik Zərifə Əliyevanın mənalı ömür yolundan, tibb elminin, xüsusilə də onun oftalmologiya sahəsinin inkişafındakı xidmətlərindən danışıb. Bildirilib ki, görkəmli oftalmoloq-alim Zərifə Əliyeva qayğıkeş həkim, eyni zamanda, gözəl ana və fədakar həyat yoldaşı kimi şərəfli bir ömür sürüb.
Sonra YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev və başqaları çıxış edərək, akademik Zərifə Əliyevanın tibb elminin inkişafındakı xidmətlərindən, oftalmologiya sahəsinə gətirdiyi yeniliklərdən danışıblar.
Tədbirin sonunda ədəbi-bədii kompozisiya nümayiş etdirilib.






