Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində rayonda görüş keçirilib

17 may 2024 | 09:20
16 may 2024-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra edilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Qaxingiloy kənd Mədəniyyət Evində növbəti görüş keçirilmişdir.

Tədbirin açılışında çıxış edənlər ölkəmizdə həyata keçirilən uğurlu qadın siyasətindən, qadınların səlahiyyətləndirilməsi və öz potensiallarını reallaşdırmaları üçün yaradılan imkanlardan bəhs edib, həmçinin aidiyyəti qurumlar və ictimai birliklər tərəfindən regionlarda yaşayan qadınların, gənc qızların şəxsi inkişafına dəstək olaraq həyata keçirilən sosial layihələrin əhəmiyyətini diqqətə çatdırıblar.

Görüş fərqli sahələrdə uğur qazanan qadınların – “Training Hub Azerbaijan” təlim mərkəzinin direktoru Cəmilə Nəbiyeva və “Üçüncü Bahar” Yaşlılara Dəstək İctimai Birliyinin sədri Nərmin Qəniyevanın TEDx formatında çıxışları ilə davam edib.  Onlar öz uğur hekayələri və təcrübələrini görüş iştirakçıları ilə bölüşüb, onlarla motivasiyaedici söhbət aparıblar.

Keçidlər