Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Güllük kəndinin sakinləri ilə RİH başçısının növbəti səyyar görüşü keçirilmişdir

21 yanvar 2025 | 11:36

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Güllük kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.

Müraciətlər kəndə qaz xəttinin çəkilməsinə, kənddaxili yolların təmir olunmasına, elektrik təsərrüfatında yenidənqurma işlərinin nə zaman aparılacağı barədə məlumatın verilməsinə, tələf olan heyvanların basdırılmasına və sahibsiz itlərə qarşı mübarizəyə, səllim mal-qaranın qarşısının alınmasına, əkin sahələrində gəmiricilərə qarşı aparılan mübarizə tədbirləri üçün dərman vasitələrinin verilməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur. 

 Qəbulda qaldırılan məsələlər nəzarətə götürülərək, onların  həlli ilə bağlı rayonda fəaliyyət göstərən xidmət təşkilatlarına müvafiq tapşırıqlar verilmişdir.

 

Keçidlər