Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Hacıəhmədli Hacıəhməd Həsən oğlu

06 aprel 2026 | 09:10
Sabahın xeyir, #Qax!
Hacıəhmədli Hacıəhməd Həsən oğlu 6 aprel 1998–ci ildə Qax rayonunun Zərnə kəndində anadan olmuşdur. 2004-cü ildə Zərnə kənd tam orta məktəbinin birinci sinfinə getmişdir. Doqquz illik təhsilini bitirdikdən sonra təhsilini Bakı şəhərində 272 saylı tam orta məktəbində davam etdirmişdir. Məktəbi bitirib Azərbaycan Texniki Universitetinin Maşınqayırma və Robototexnika fakultəsinə daxil olmuş, 2019-cu ildə universitet təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti bitirdikdən sonra müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlamışdır. Qubadlının, Füzulinin, Şuşanın azad olunması uğrunda kedən döyüşlərdə iştirak etmişdir. Şuşa şəhərinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”,”Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuşdur. 13.11.2020-ci ildə tarixdə Qax rayonunun Zərnə kəndində dəfn olunmuşdur.
Keçidlər