Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Hacıyev Hacı Rafiq oğlu

28 sentyabr 2026 | 09:10
Sabahın xeyir, #Qax!
Hacıyev Hacı Rafiq oğlu 25 sentyabr 1999-cu ildə Qax rayonunun Çüdüllü kəndində anadan olub. 2005-ci ildə Çüdüllü kənd umumi məktəbinin birinci sinfinə daxil olub. Doqquzuncu sinfi bitirdikdən sonra təhsilini Marsan kənd tam orta məktəbində davam etdirib. 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılıb və 2019-cu ildə hərbi xidmətini bitirib. Vətən müharibəsində Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və ”Cəsur döyüşçü” medalları, 25 iyun 2026-cı il tarixli sərəncamı ilə isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. 17 noyabr 2020-ci ildə Qax rayonunun Çüdüllü kəndində dəfn olunub. Allah şəhidlərimizə rəhmət eləsin.
Keçidlər