Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Həftə ərzində rayonda şəhidlərin anım mərasimləri keçirilmişdir

24 sentyabr 2024 | 09:08

Rayonda şəhidlik zirvəsinə ucalan igid oğullarımızın doğum və anım günlərində xatirələrinin anılması, ailələrinin ziyarət olunması  ənənə halını almışdır.

Bu həftə ərzində də 2023-cü il antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə yüksəlmiş şəhid Bilalov Sərxan İsmət oğlunun, Süleymanlı Nail Səfər oğlunun, Kərimov Elnur Adil oğlunun, Mirzəzadə Mirzəli Kamran oğlunun, Mirzəyev Fərid Namiq oğlunun anım günləri keçirilmişdir.

Anım mərasimlərində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, YAP  rayon təşkilatının və digər idarə, müəssisə, təşkilatların  rəhbərləri, ictimaiyyət nümayəndələri  iştirak etmişlər. Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülmüş, ruhlarına dualar oxunmuş, xatirələri ehtiramla yad edilmişdir. Anım mərasimlərində şəhidlərin şərəfli döyüş yollarından, döyüşlərdəki qəhrəmanlıqlarından söz açılmışdır.

Ərazi bütövlüyümüzün bərpa olunması uğrunda canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirik.

 

Keçidlər