Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Həftə ərzində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan rayonumuzun mərd oğullarının anım mərasimi keçirilmişdir

30 aprel 2022 | 10:31

Rayonda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igid oğullarımızın doğum və anım günlərində onların xatirələrinin anılması, ailələrinin ziyarət olunması artıq ənənə halını almışdır.
  Aprel ayının 23-də şəhid Abdullayev Cavid Vahid oğlunun, aprelin 26-da isə Məhərrəmov Şamo Mətləb oğlunun doğum günlərində xatirələri anılıb.
  Bu münasibətlə təşkil olunan anım mərasimlərində rayonun və  hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, ictimaiyyət nümayəndələri,  gənclər,  məktəblilər  iştirak  etmişlər. Şəhidlərin məzarları  üzərinə gül dəstələri düzülmüş, ruhlarına dualar oxunmuş,  xatirələri ehtiramla yad edilmişdir.
  Tədbirlərdə şəhidlərin Vətən müharibəsindəki şücaətlərindən, onların şərəfli döyüş yollarından söz  açılmış,  məktəblilər və gənclər bədii   kompazisiyalarla  çıxış etmişdir.
  Şəhid Cavid Abdullayev rayonun Qaşqaçay kəndində anadan olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda müharibənin ilk günlərindən döyüşlərə qatılan Cavid oktyabrın 21-də Fizuli şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
   Şəhid Şamo Məhərrəmov rayonun Ləkit kəndində doğulub. 44 günlük Vətən müharibəsinə könüllü olaraq qatılan Şamo noyabrın 7-də Şuşa döyüşlərində şəhid olub. Ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrundə” və “Şuşanın azad olunmasına görə”  medalları ilə təltif olunub.
   Ərazi bütövlüyümüzün bərpa olunması uğrunda canından keçmiş bütün  şəhidlərimizə  Allahdan rəhmət, qazilərimizə isə şəfa  diləyirik!

Keçidlər