Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Həmyerlimiz dünya çempionu adını qazanıb.

30 may 2023 | 17:42

Şamo Novruz oğlu Aslanov 23 mart 1983 -cü il tarixdə Qax rayonun Zəyəm kəndində anadan olub. 107 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Azərbaycan parapauerliftçisi 2019-cu ildə Macarıstanın  Eger şəhərində ​​və 2021-ci ildə Tbilisidə keçirilən Dünya Kuboklarının qalibi, 2021-ci ildə Dubayda və 2023-cü ildə Tbilisidə keçirilən Dünya Kuboklarının gümüş mükafatçısı, pauerliftinq üzrə 2017-ci ildə Azərbaycan çempionu, 2020-ci ildə Tokioda keçirilən Yay Paralimpiya Oyunlarının iştirakçısıdır.2023-cü il aprel ayında Gürcüstanın paytaxtı Tbilisidə para-pauerliftinq üzrə Dünya kubokunda +107 kq çəki dərəcəsində 3 cəhdin cəmində 595 kq nəticə göstərərək gümüş medal qazanıb.

 Qeyd edək ki, idmançımız fərdi kateqoriyada 205 kq nəticə göstərərək yarışı 4-cü pillədə tamamlayıb.

 Mayın 30-da rayon İcra Hakimiyyətində rayon rəhbərliyi  həmyerlimiz Şamo Aslanovla görüş keçirmişdir. Görüşdə çıxış edən RİH başçısı Musa Şəkiliyev idmanın dövlətin prioritet sahələrindən biri olduğunu vurğulamış,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə idmana göstərdiyi diqqət və qayğıdan bəhs edərək  dövlətimizin dünyada idman ölkəsi kimi tanındığını, beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirmişdir. O cümlədən M.Şəkiliyev rayonumuzda da idmanın hərtərəfli inkişafı üçün lazımi şəraitin yaradıldığını  qeyd   etmişdir.

 Tədbirdə çıxış edənlər   ölkədə aparılan uğurlu idman siyasətindən bəhs etmişlər.
 Görüşdə çıxış edən pauerliftinq üzrə dünya çempionu göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlığını bildirmişdir.
 Sonda Şamo Aslanov rayon İcra Hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyəsi ilə təltif olunmuşdur.
 Həmyerlimizin belə mötəbər turnirlərdə uğur qazanması bizim üçün də qürurvericidir.
 İdmançımız Şamo Novruz oğlunu təbrik edir, ona uzun ömür, can sağlığı gələcək turnirlərdə müvəffəqiyyətlər arzulayırıq.

 

 

Keçidlər