Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Heydər Əliyev Mərkəzi

23 fevral 2026 | 09:08

Sabahın xeyir, #Qax!

Heydər Əliyev mərkəzləri ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini, dövlətçilik və idarəçilik fəlsəfəsini eləcə də milli-mədəni irsi və Azərbaycanın müasir inkişaf tarixini araşdıran, təbliğ edən, ictimai-mədəni institutlardır. Bu mərkəzlər ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərir.

Ulu öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin dərindən öyrənilməsi və gələcək nəsillərə ötürülməsi məqsədinə xidmət edən muzey və mərkəzlərin yaranma ideyası ilk dəfə Heydər Əliyev fondunun təşəbbüsü ilə formalaşmışdır.

Qax rayonunda yerli memarlıq ənənələrini saxlamaqla ən müasir üslubda tikilən Heydər Əliyev Mərkəzinin inşasına 2011-ci ilin noyabr ayında başlanmış, 2013-cü ilin avqustun 16-da ölkə prezidenti cənab İlham Əliyevin rayona növbəti səfəri zamanı açılışı olmuşdur.

Mərkəzdə sahəsi 105 kv.m olan foyedə Ümummilli liderin möhtəşəm heykəli yerləşir. Ümumi sahəsi 670 kv.m, hündürlüyü 8 m olan əsas zalda Ümümmilli Liderin dərin məzmunlu həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, film və fraqmentler 3 böyük monitor və 8 kiçik monitor və eləcə də 152 fotoşəkil əks olunmuşdur.

Zalda həmçinin Qax rayonunun xəritəsinin şüşə maketi yerləşdirilmişdir və burada kiçik zal, rəqs otağı, 7 dərnək otağı, kitabxana fəaliyyət göstərir.

Müxtəlif mövzular və seminarlar, konfranslar, gənclər üçün intellektual və yaradıcı kurslar, tarix, dil, mədəniyyət sahəsində tədris və maarifçi proqramlar, azərbaycançılıq ideologiyasının inkişfı üçün müxtəlif layihələr mərkəzin fəaliyyətinin əsas istiqamətini təşkil edir.

Burada fəaliyyət göstərən kitabxana, elektron mənbələr və interaktiv dərslər, müxtəlif sənət növlərinə aid dərnəklər yetişməkdə olan gənc nəslin hərtərəfli formalaşmasına və intellektual inkişafına xidmət edir.

 

 

Keçidlər