Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Heydər Əliyev Mərkəzində 21 fevral- Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dilimizi qoruyaq” mövzusunda tədbir keçirilib

21 fevral 2026 | 15:06

Heydər Əliyev Mərkəzində 21 fevral- Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dilimizi qoruyaq” mövzusunda tədbir keçirilib

 

Tədbirdə Rayon İcra Hakimiyyətinin və YAP Rayon Təşkilatının rəhbərliyi, ziyalılar, rayon fəalları, ictimaiyyətin nümayəndələri, gənclər iştirak edib.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan Qax Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və İctimai-siyasi məsələlər şöbəsinin müdiri Vəfa Heydərova  bildirmişdir ki, hər il fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Ana dilimiz xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvətidir. Milli sərvətimiz olan ana dilinin qorunması, onun zənginləşdirilməsi və inkişaf etdirilməsi hər kəsin vətəndaşlıq borcudur.

Vəfa Heydərova çıxışında qeyd etmişdir ki, Azərbaycan dilinin inkişafının, qorunmasının və Azərbaycan dilinin hüquqi statusunun gələcək nəsillərə çatdırılması misiyası Ulu öndər Heydər Əliyevin dövlətçilik ideologiyasının əsas istiqamətlərindən biri olmuşdur. Hələ sovet dövründə 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Ulu öndər Heydər Əliyevin qətiyyətli mövqeyi sayəsində Azərbaycan dili rəsmi dövlət dili statusu qazanmışdır.

Ulu Öndərin 1978-ci ildə başlatdığı dil siyasəti müstəqillik illərində də ardıcıl olaraq davam etdirildi. 1995-ci il-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında da Azərbaycan dili dövlət dili kimi təsbit olunmuş, Ulu Öndər tərəfindən 2001-ci ildə imzalanan fərmanlarla Azərbaycan dili və əlifbası sahəsində mühüm islahatlar həyata keçirilmiş, 2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsi və qorunması istiqamətində fundamental siyasətin əsasını qoymuşdur.

Onun siyasi kursunu davam etdirən Prezident İlham Əliyev bu siyasəti müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirərək sistemli mərhələyə yüksəltmişdir.

Dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi”, “Azərbaycan Respublikasının Dövlət Dil komissiyasının yeni tərkibinin təsdiq edilməsi”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi” haqqında sərəncamları, “Azərbaycan dilinin sağlığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi” haqqında Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Azərbaycan Prezidentinin  AMEA-nın 80 illik yubiley yığıncağında çıxışı zamanı və yerli televiziya kanallarına verdiyi müsahibələrində Azərbaycan dilinin yad təsirlərdən qorunmasının vacibliyini vurğulamışdır. Bu müsahibələrdə dil məsələsi yalnız filoloji bir mövzu deyil, strateji dövlət siyasəti istiqaməti kimi təqdim olunur. Bu siyasətin məqsədi isə qloballaşan dünyada Azərbaycan dilinin mövqeyini möhkəmləndirmək, onun saflığını qorumaq və gələcək nəsillərə milli sərvət kimi ötürməkdir.

Tədbirdə çıxış edənlər Azərbaycan dilinin saflığının qorunub saxlanmasının, dilimizə olan diqqət və qayğının, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasının vacibliyi barədə danışmışlar.

Tədbirin sonunda rayonun incəsənət nümayəndələrinin iştirak ilə keçirilən konsert proqramı tədbir iştirakçıları tərəfindən böyük coşqu və sevgi ilə qarşılanıb.

 

Keçidlər