Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim olunub

19 mart 2024 | 16:12

Məlum olduğu kimi,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Bu əlamətdar il ilə bağlı təsdiqlənmiş “Tədbirlər Planı”na uyğun olaraq, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı  təsis edilib. Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə bir sıra şəxslər “Heydər Əliyevin 100 illiyi (1923-2023)”  yubiley medalı ilə təltif olunublar.

Sevindirici haldır ki, təltif olunanlar arasında rayon Kommunal Müəssisələri Kombinatının direktoru Eldəniz Şabanov və rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın sədri Nizami Abdullayev də yer alıb.

            Bununla əlaqədar olaraq, rayon İcra Hakimiyyətinin inzibati binasında medalların təqdimetmə mərasimi baş tutub.

Tədbirdə çıxış edən RİH başçısı Musa Şəkiliyev müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb və təltif olunanları təbrik edib.

Çıxış edən natiqlər çıxışlarında böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Ulu Öndər Heydər Əliyevin tükənməz dövlət idarəçiliyindən bəhs ediblər.

Daha sonra Musa Şəkiliyev tərəfindən Eldəniz Şabanova və Nizami Abdullayevə “Heydər Əliyevin 100 illiyi (1923-2023)”  yubiley medalları təqdim olunub.

Təltif olunanlar da öz növbələrində Ulu Öndər Heydər Əliyevin siyasi davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə göstərilən diqqətə və ali mükafata görə təşəkkürünü ifadə ediblər.

 

Keçidlər