Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

İbaxlı kəndinin sakinləri ilə RİH başçısının növbəti səyyar görüşü keçirilmişdir.

25 aprel 2023 | 17:19

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq  İbaxlı kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

     Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların  müraciətləri dinlənilmişdir. Müraciətlər  kəndə qaz xəttinin çəkilməsinə, arı ailələrinə dövlət tərəfindən subsidiyaların verilməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.

      Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq  tədbirlərin görüləcəyi bildirilmişdir. 

 

Keçidlər