Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

İbaxlı kəndinin sakinləri ilə növbəti səyyar görüş keçirilmişdir

20 mart 2025 | 13:44

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq İbaxlı kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.

         Müraciətlər kənddaxilində olan suvarma  kanalının yatağının texnika vasitəsi ilə təmizlənməsinə, Kürmük çayının kəndin ərazisindən keçən hissəsinin məcrasının təmizlənməsinə, vətəndaşın həyətyanı torpaq sahəsi ilə təmin olunmasına, kənd ümumi orta məktəbinin həyətyanı sahəsinin ətrafının hasara alınmasına və məktəb yoluna piyada keçidinin qoyulmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.

Qəbulda qaldırılan məsələlər nəzarətə götürülərək, onların  həlli ilə bağlı rayonda fəaliyyət göstərən xidmət təşkilatlarına müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər