İdmançımız respublika çempionatının qalibi olub
3-6 mart 2025-ci il tarixlərində Gəncə şəhərində keçirilən sərbəst güləş idman növü üzrə U15 Azərbaycan birinciliyində Respublika Olimpiya İdman Liseyinin Qax rayon şöbəsinin şagirdləri Musayev Sərxan 38 kq çəki dərəcəsində 1-ci yerə, Muxtarov Əbülfət isə 42 kq çəki dərəcəsində 2-ci yerə layiq görülüb. Həmçinin Sərxan Musayev İtaliyada keçiriləcək Avropa çempionatına lisenziya əldə edib.
14 mart 2025-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev idmançılar Sərxan Musayevi, Əbülfət Muxtarovu və onların məşqçisi Toğrul Kamallını qəbul edərək bu yüksək nailiyyətə görə onları təbrik edib, respublika və beynəlxalq turnirlərdə yeni-yeni uğurlar arzulayıb.
İdmançılar onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonra idmançılar rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunublar.