“İlisu” Dövlət Tarix-Mədəniyyət Qoruğu
19 may 2026 | 18:24
Sabahın xeyir, #Qax!
“İlisu” Dövlət Tarix-Mədəniyyət Qoruğu
Qax rayonunun İlisu kəndinin tarixi-memarlıq irsi olduqca zəngindir. Onun hər bir daşı, hər kəsəyi bir tarixdir, bir abidədir. Tək-tək abidələrlə yanaşı kəndin qədim yurdsalma quruluşu daha böyük dəyərə malikdir.
Bənzərsiz memarlıq simasının pozulmasının qarşısını almaq məqsədilə İlisu kəndinin tarix-mədəniyyət qoruğu elan edilməsi təqdirəlayiqdir.
Ilisu kəndi ərazisinin memarlıq və tarix nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb etməsi, onun Qoruq şəhəri elan olunmasının vacibliyini göstərir.
Ilisu Tarix-Mədəniyyət Qoruğu öz ərazisində olan abidələri qoruyur, onları elmi cəhətdən öyrənir, daşınmaz tarix-mədəniyyət abidələrinin istifadə olunmasına, onların qorunub saxlanılmasına nəzarət edir və s.
«İlisu» Dövlət Tarix-Mədəniyyət Qoruğu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 26 mart 2002-ci il tarixli, 100 № li əmrinə əsasən yaradılmış,Qax rayonunun İlisu ,Ağçay ,Sarıbaş və Qaxbaş kəndlərinin şərq hissəsini əhatə edir.Sahəsi 195 kv.km.-dir.
Qoruqda 13 ədəd elmi invertarizasiyadan keçmiş tarix-mədəniyyət abidəsi mühafizə olunur.Onlardan 2 ədədi ölkə əhəmiyyətli,11 ədədi yerli əhəmiyyətli abidələrdir. 11 ədəd abidə tarixi-memarlıq abidəsi,2 ədəd arxeoloji abidədir.
Əlavə olaraq 37 tarix-mədəniyyət abidəsi elmi invertarizasiyadan keçmək üçün Mədəniyyət Nazirliyinə təqdim olunmuşdur.
Bu günümüzə qədər qalmış abidələr, ölkə əhəmiyyənli “Sumuq qala”(XVII-XVIII əsrlər),”Ulu məscid”(XVII əsr) abidələri,yerli əhəmiyyətli “Ulu körpü(XVII-XVIII əsrlər),”Cinli qala”(IX-XIII əsrlər),”Qalaça”(XIX əsr),”Bürc qala”(XIX əsr) və s. İlisunun qəhrəmanlıq tarixinin şanlı səhifələridir.
Tarix-mədəniyyət abidələrdən ölkə əhəmiyyətli “Sumuq qala”(XVII-XVIII əsrlər) və “Sarıbaş məscidi” (XVII-XVIII əsrlər) Dövlət tərəfindən əsaslı surətdə bərpa olunmuşdur.
Ölkə əhəmiyyətli abidələr:
Sumuq qala (XVII-XVIII əsrlər)
Ulu məscid (XVII-XVIII əsrlər)
Yerli əhəmiyyətli memarlıq abidələri:
-“Ulu körpü” inv.4552.XVII-XVIII əsrlər -“Bürc qala” inv.4550.XVIII-XIX əsrlər -“Qalaça” inv.4551.XVIII-XIX əsrlər -“Həsənxan qalası”inv.4546.XVIII-XIX əsrlər -“Qala” inv.4553.XVIII-XIX əsrlər
-“Cinli qala” inv.4554.VII-IX əsrlər -“Beşbulaq” inv.4542.1863-cü il -“Sarıbaş məscidi”inv.4567.XVI-XVII əsrlər -“Oğlan qala,qız qala”inv.4568.XVI-XVII əsrlər
Yerli əhəmiyyətli arxeoloji abidələr: -“Səngər yeri” inv.5855.Orta əsrlər -“Kilsə qalıqları inv.5856.XIV-XVII əsrlər






