İlisu kəndinin RİH başçısının sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq İlisu kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.
Müraciətlər kəndin həkim məntəqəsinə stasionar telefon xəttinin çəkilməsi, Qax-İlisu avtomobil yolunun “Səngər məhəllə” ərazisindən keçən hissəsinin qış mövsümündə buz bağlaması səbəbindən təhlükəsizlik məqsədilə yol kənarına səki daşlarının qoyulması, bir neçə ailənin həyətyanı sahəsinə intensiv yağışlar zamanı sel sularının ciddi ziyan vurduğu üçün həmin əraziyə bəndin salınması, kənd məscidinin dam örtüyünün təmiri məqsədi ilə müvafiq köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Qəbulda vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.