Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

İlisu kəndinin sakinləri ilə RİH başçısının növbəti səyyar görüşü keçirilmişdir.

05 sentyabr 2023 | 17:06

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq İlisu kəndində 5 sentyabr 2023-cü il tarixində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

 Rayonun aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların  müraciətləri dinlənilmişdir. Müraciətlər kənddə iş yerlərinin açılmasına, məişət axıntılarının ötürülməsinə, məktəbəqədər hazırlıq qrupunun yaradılmasına və məktəbdə ingilis dilinin tədrisinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.

 Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq  tədbirlərin görüləcəyi bildirilmişdir. 

 

Keçidlər