Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

İndiyədək rayonda 1530 hektar sahədə qarğıdalı əkilib

12 may 2022 | 17:01

     Bu il rayonunun təsərrüfatlarında 1500 hektaradək sahədə dən üçün qarğıdalı əkilməsi proqnozlaşdırılırdı. Fermerlər artıq bu günədək 1530 hektar sahədə qarğıdalı əkiblər. Hazırda təsərrüfatlarda dən üçün qarğıdalı əkini yekunlaşmaq üzrədir. Təsərrüfat sahibləri əkin zamanı əsasən Türkiyədə istehsal olunan yüksək məhsuldar toxum sortlarına üstünlük verirlər. İndiyədək rayonun Güllük kəndində 250 hektar, Tasmalı kəndində 220 hektar, Əlibəyli kəndində isə 180 hektar sahəyə qarğıdalı toxumu səpilib.

    Rayonun fermerləri ötənilki mövsümdə 1516 hektar qarğıdalı sahəsindən 11858 ton məhsul əldə ediblər. Hər hektardan orta hesabla 78,2 sentner məhsul götürülüb.

Keçidlər