Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

RİH başçısının Ingiloy-Kötüklü kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir

23 may 2025 | 16:54

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq İngiloy-Kötüklü kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.

Müraciətlər kənddəki suvarma kanalının  məcrasının texnika vasitəsi ilə təmizlənməsinə, kənddaxili yollardakı çalaların təmir olunmasına, qırx ailənin  yaşadığı ərazidə içməli su təchizatının yaxşılaşdırılmasına, ehtiyac yaranan yerlərə əlavə işıq dirəklərinin qoyulmasına, pay torpaq sahəsinin sərhədlərinin müəyyən olunmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.

Qəbulda qaldırılan məsələlər nəzarətə götürülərək, onların həlli ilə bağlı rayonda fəaliyyət göstərən xidmət təşkilatlarına müvafiq tapşırıqlar verilmişdir.

 

Keçidlər