Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

İngiloy Kötüklü kəndininin sakinləri ilə görüş keçirilib.

27 aprel 2022 | 10:34

  İngiloy Kötüklü kəndində 26 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.
 Rayonun aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər qəbul olunmuşdur. Müraciətlər kəndin yeni yaşayış massivindəki yararsız elektrik dirəklərinin yeniləri ilə əvəz olunması, kənddə içməli su probleminin həll edilməsi, fərdi yaşayış evinə qaz xəttinin çəkilməsi, pay torpaq sahəsinin sənədləşməsi və artezyan suyunun vətəndaşa məxsus pay torpaq sahəsindən keçdiyi üçün suyun başqa məcraya yönəldilməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur. Səyyar qəbuldan sonra kəndin qaziləri ilə də görüş keçirilmişdir. 
 Qəbulda iştirak edən vətəndaşların, qazilərin müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.

Keçidlər