İşsiz və işaxtaran şəxslərin nəzərinə!
10 iyun 2026 | 09:11
Şəki-Zaqatala Regional Məşğulluq filialının təşkilatçılığı ilə Qax şəhərində əmək yarmarkası keçiriləcək.
Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə gəlmələri arzuolunandır.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.
Ünvan və tarix:
Qax şəhəri, Heydər Əliyev prospekti 86 (Heydər Əliyev parkı)
17 iyun 2026
11:00






