İstilik təchizatı sistemi yaşayış binalarının, sosial obyektlərin və sənaye müəssisələrinin normal fəaliyyətini təmin edən əsas mühəndis infrastruktur sahələrindən biridir.
İstilik təchizatı sistemi yaşayış binalarının, sosial obyektlərin və sənaye müəssisələrinin normal fəaliyyətini təmin edən əsas mühəndis infrastruktur sahələrindən biridir.
İstilik təchizatı sistemlərinin dayanıqlı fəaliyyəti yalnız texniki məsələ deyil, həm də sosial təminat və enerji təhlükəsizliyi məsələsidir. Bu sahədə aparılan yenidənqurma və modernləşmə tədbirləri əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Xüsusilə payız-qış mövsümündə bu sistemlərin dayanıqlı və fasiləsiz fəaliyyəti əhalinin sosial rifahı və təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır.
Qax İSİS-nin balansında 7 ədəd müasir tipli qazanxana fəaliyyət göstərir.
Qazanxanalarda olan avadanlıqların, qazanların, nasosların, nəzarət ölçü cihazlarının, elektrik şitlərinin, avtomatika cihazlarının fəaliyyəti ciddi olaraq yoxlanılır və daima nəzarətdə saxlanılır.






