Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Kənd təsərrüfatı işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir

02 noyabr 2022 | 16:55

     1 noyabr 2022-ci il tarixdə  Kənd təsərrüfatı işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.   
     Daha sonra tədbir rayon İcra Hakimiyyətinin konfrans zalında davam etmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik etmiş, Ümummilli lider Heydər Əliyev tərəfindən kənd təsərrüfatı sahəsində çalışanlara diqqət və dövlət qayğısının bu gün də ölkə başçısı cənab İlham  Əliyev tərəfindən uğurla  davam etdirildiyini diqqətə çatdırmışdır. Həmçinin o, Azərbaycan Respublikasında “Kənd təsərrüfatı işçiləri günü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 2008-ci il tarixli sərəncamının xüsusi əhəmiyyətə malik olduğunu vurğulamışdır. Tədbirdə çıxış edənlər son illər kənd təsərrüfatı sahəsində görülmüş işlərə və qazanılmış uğurlara görə ölkə Prezidenti cənab İlham Əliyevə  öz dərin minnətdarlıqlarını bildirmişlər.          
       Tədbirin sonunda aqrar sahədə uzun illər səmərəli fəaliyyətlərinə görə rayonun bir qrup qabaqcıl kənd təsərrüfatı işçisi Qax Rayon İcra Hakimiyyəti başçısının müvafiq fəxri fərmanları ilə  təltif olunublar.

 

Keçidlər