Kərimov Elnur Adil oğlu
20 aprel 2026 | 09:12
Sabahın xeyir, #Qax!
Kərimov Elnur Adil oğlu 1994-cü il aprelin 20-də Qax rayonunun Almalı kəndində anadan olub. İlk təhsilini Almalı kənd tam orta məktəbində alıb. Həmin məktəbi bitirdikdən sonra 2012-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağrılıb. 2013-cü ilin oktyabr ayında ehtiyata buraxılıb. Bir müddət mülki işlərdə çalışdıqdan sonra vətən sevgisi Elnuru yenidən hərbiyə qayıtmağa məcbur edib. 2023-cü ilin may ayında o Hərbi Dəniz Qüvvələrində MAHHXHQ kimi xidmətə başlayıb.
2023-cü ilin sentyabrın 19-da Lokal Antiterror əməliyyatları zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib. Qax rayonunun Almalı kəndində dəfn olunub.
Qax şəhərində yerləşən küçələrdən biri şəhidin adını daşıyır.
Ailəli idi. 1 övladı yadigar qalıb.






