Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Könüllülər Yurdu – Azərbaycan” layihəsinin ilk mərhələsi baş tutub.

14 mart 2026 | 12:29
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən “Könüllülər Yurdu – Azərbaycan” layihəsinin ilk mərhələsi Qax rayonunda təşkil olunub.
Layihənin əsas məqsədi gənclərin hüquq sahəsində bilik və bacarıqlarını artırmaq, onların hüquqi savadlılığını inkişaf etdirmək, qanunvericilik və hüquqi mexanizmlər barədə məlumatlılığını gücləndirməkdir.
Təlim zamanı iştirakçılara hüquqların mahiyyəti, qanunvericiliyin formalaşma prosesi, ölkədə hüquq sahəsində aparılan islahatlar və vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində atılmalı ilkin addımlar barədə ətraflı məlumat verilib.
Layihə çərçivəsində keçirilən tədbirdə Qax Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Cəlil Cəlilov və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun müdiri, vəkil Xəyal İbrahimov çıxış edərək gənclərin hüquqi biliklərinin artırılmasına yönəlmiş bu kimi təşəbbüslərin əhəmiyyətini vurğulayıblar.
Sonda iştirakçılar arasında NHN (Nə? Harada? Nə zaman?) formatında intellektual yarış təşkil olunub və gənclər əldə etdikləri bilikləri komanda şəraitində sınamaq imkanı qazanıblar.
Keçidlər