Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ləkit kəndində sakinlərlə növbəti səyyar görüş keçirilmişdir.

30 avqust 2022 | 10:31

       Ləkit  kəndində 30 avqust  2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

     Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların  müraciətləri dinlənilmişdir. Müraciətlər kəndin  içməli su xətlərinin təmir olunmasına, yeni yaşayış massivinə internet və telefon xətlərinin çəkilməsinə, kənddə  qəzalı dirəklərin yenilənməsinə, qonşunun həyətindən keçən elektrik xəttinin yerinin dəyişdirilməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.

     Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Sonda qazilərlə və şəhid ailələri ilə görüş keçirilmişdir.

 

Keçidlər