Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ləkit Kötüklü kəndinin sakinləri ilə RİH başçısının növbəti səyyar görüşü keçirilmişdir.

09 avqust 2023 | 10:26

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Ləkit Kötüklü kəndində 9 avqust 2023-ci il tarixində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

    Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların  müraciətləri dinlənilmişdir. Müraciətlər kəndə qaz xəttinin çəkilməsinə, elektrik enerjisi təminatının və kəndin internet sürətinin yaxşılaşdırılmasına köməklik   göstərilməsi ilə bağlı olmuşdur.

    Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq  tədbirlərin görüləcəyi bildirilmişdir. 

 

Keçidlər