Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Ləkit Malax kəndinin sakinləri ilə RİH başçısının növbəti səyyar görüşü keçirilmişdir.

18 iyul 2024 | 16:03

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Ləkit Malax kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.

     Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.

      Müraciətlər qəzalı elektrik dirəklərinin dəyişdirilməsinə, kənd yolunun hamarlanması üçün texnikanın verilməsinə, kənd sakininə odun yanacağının verilməsinə və suvarma su xəttinə boruların verilməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur. 

     Qəbulda vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.

 

Keçidlər