Lələli kəndinin sakinləri ilə RİH başçısının növbəti səyyar görüşü keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Lələli kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlər kəndə qaz xəttinin çəkilməsinə, Zəyəm-Lələli suvarma kanalında su itkisinin qarşısının alınması məqsədilə ilə kanalın betona alınmasına, əkin sahələrində gəmiricilərə qarşı tədbirin görülməsinə, elektrik enerjisinin zəif olduğu 30 təsərrüfatın yerləşdiyi ərazidə elektrik təchizatının yaxşılaşdırılmasına, odun yanacağı ala bilməsi üçün kənd sakininə müvafiq sənədin verilməsinə, kənddə bir neçə abonentin elektrik sayğaclarının yeniləri ilə əvəz olunmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.