Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Marsan kəndində RİH başçısının sakinlərlə növbəti səyyar görüşü keçirilmişdir.

20 sentyabr 2022 | 09:12

  Marsan kəndində 20 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

  Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların  müraciətləri dinlənilmişdir. Müraciətlər kənddə yeni məktəb binasının və məktəbin sanitar qovşağının yenidən tikilməsinə, uşaq bağçasının təmir olunmasına, bağçaya içməli su xəttinin çəkilməsinə və orta yaş qrupunun bərpa olunmasına,  yeni yaşayış massivinə telefon xəttinin çəkilməsinə, içməli su probleminin həllinə,  bağ sahələrinə gedən yolların vətəndaşlar tərəfindən zəbtinin qarşısının alınmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.

   Qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq  tədbirlərin görüləcəyi bildirilmişdir. Sonda şəhid ailəsi və qazilərlə   görüş keçirilmişdir.

 

Keçidlər