Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Marsan kəndinin sakinləri ilə növbəti səyyar görüş keçirilmişdir

20 oktyabr 2023 | 16:55

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Marsan kəndində 20 oktyabr 2023-cü il tarixində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.

Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının  rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlər kənddə yeni məktəb və bağça binalarının tikilməsinə, bağ sahələrinin suvarılmasında yaranan problemlərin aradan qaldırılmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur.

 Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq  tədbirlərin görüləcəyi bildirilmişdir. 

Keçidlər