Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

MƏHƏRRƏMLİK MƏRASİMLƏRİ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB

04 iyul 2025 | 10:35

3 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsinin, Qax Rayon İcra Hakimiyyətinin və Qafqaz Müsəlmanları İdarəsinin Qax rayon Qazılığının birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "Məhərrəmlik mərasimləri: mədəniyyət, din və hüquq perspektivindən" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala regional bölməsinin müdiri İlqar Vəliyev, rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova və QMİ-nin Qax rayonu üzrə qazısı Hacı Əsgərov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Tədbirdə Məhərrəmlik mərasimlərinin hüquq və ənənələr çərçivəsində keçirilməsi, dini-mədəni dəyərlərin qorunması və təbliği mövzuları müzakirə olunub. Çıxışlarda ölkəmizdə dini həmrəyliyin, tolerantlığın və qarşılıqlı hörmətin təşviqinə xüsusi önəm verildiyi diqqətə çatdırılıb. Məhərrəmlik mərasimlərinin ölkəmizdə mövcud qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsi vurğulanıb.

Keçidlər