Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Məhərrəmov Şamo Mətləb oğlu

27 aprel 2026 | 10:41
Sabahın xeyir, #Qax!
Məhərrəmov Şamo Mətləb oğlu 26 aprel 1997-ci ildə Rusiya Federasiyasının Murmansk vilayətinin Oleneqorsk şəhərində anadan olub. İlk təhsilini Ləkit kənd tam orta məktəbində alıb. Daha sonra təhsilini Bakı şəhərində 279 saylı tam orta məktəbdə davam etdirib. Məktəbi bitirdikdən sonra 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılıb.
Hərbi xidmətini bitirdikdən sonra avtomobil rəngsazı peşəsi ilə məşğul olub.
2020-ci il sentyabrın 27-də başlanan düşmənin hərbi təxribatını dəf etmək və təcavüzə son qoymaq məqsədilə ordu sıralarına könüllü olaraq qayıdan Şamo Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Cəsur döyüşçü", “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. 17 noyabr 2020-ci ildə Qax rayonunun Ləkit kəndində dəfn olunub.
Keçidlər