Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Məhərrəmov Seydullah Sadiq oğlu

06 iyul 2026 | 09:08
Sabahın xeyir, #Qax!
Məhərrəmov Seydullah Sadiq oğlu 30 sentyabr 1999-cu ildə Qax rayonun Qorağan kəndində anadan olub. 2005- ci ildə S.Rəhimov adına Qorağan kənd tam orta məktəbinin 1-ci sinfinə gedib. 2013-cü ildən isə təhsilli Cəmşid Naxçıvanski adına hərbi liseydə davam etdirib. 2016-cı ildə Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil olub. 2020-ci ildə həmin məktəbi bitirərək leytenant hərbi rütbəsi ilə Azərbaycan Ordu sıralarında xidmətə başlayıb. 2021-ci ildə Xüsusi Təyinatlı Qüvvələr kursunu keçib.
2020-ci il Vətən müharibəsi və 2023-cü il Antiterror əməliyyatında iştirak edib.
Xidməti dövründə “ Cəbrayılın azad olunmasına görə” ,”Füzulinin azad olunmasına görə”,”Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Şücaətə görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalları ilə təltif olunub.
Məhərəmmov Seydullah Sadiq oğlu xidməti vəzifəsini yerinə yetirərkən 10 İyul 2024-cü ildə şəhidlik zirvəsinə ucalıb. Qorağan kənd qəbristanlığında dəfn olunub.
Keçidlər