Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Mehriban Əliyeva- Azərbaycan naminə şərəfli missiya” mövzusuna həsr olunmuş konfrans keçirilmişdir.

05 dekabr 2023 | 18:33

5 dekabr 2023-cü il tarixdə, Qax şəhər 3 nömrəli tam orta məktəbində “Mehriban Əliyeva- Azərbaycan naminə şərəfli missiya” mövzusuna həsr olunmuş konfrans keçirilmişdir.

         Tədbirdə rayon rəhbərliyi, YAP fəalları, ziyalılar, təhsil,səhiyyə, mədəniyyət sahəsində çalışan işçilər, yeniyetmə və gənclər, ictimaiyyət nümayəndələri iştirak etmişdir.

     Konfransı giriş sözü ilə açan RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova vurğulamışdır ki, Xalqımızın ümummilli lideri Heydər Əliyevin ailəsindəki ən önəmli həyat prinsipi xalqa, millətə xidmət və sədaqət olub. Bu baxımdan Ulu Öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələr üzrə həyata keçirilən siyasət Ulu Öndərin ideyalarının reallaşması, onun müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsi ilə səciyyəvidir. Bu işdə ölkə Prezidentinin ömür-gün yoldaşı və ən yaxın silahdaşı isə Birinci vitse-prezident, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadır. Vətən və xalq naminə fədakarlıq, müasir Azərbaycanın dinamik inkişafında, sosial məsələlərin həllində fəallıq, milli-mənəvi dəyərlərə sadiqlik, sərhəd tanımayan xeyirxahlıq, mərhəmət və şəfqət Mehriban Əliyevanın həyat fəlsəfəsinin əsas qayəsini təşkil edir. Mehriban xanım, həmçinin ölkəmizdə təhsilin, mədəniyyətin, səhiyyənin inkişafına dəyərli töhfələr verir, milli maraqların beynəlxalq aləmdə müdafiəsi, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində yorulmadan çalışır. Xalqımızın sosial rifahına hesablanan bir çox layihələrin müəllifi olan Mehriban Əliyeva birinci xanım adını da şərəflə daşıyır, dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim edir.

Ulu Öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyevin dövlətçilik ideyalarından güc alan Mehriban xanım Əliyevanın humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq reallaşdırdığı genişmiqyaslı layihələr onu xalqının sevimlisinə çevirib. Bu gün Mehriban Əliyeva özünə xas olan yüksək işgüzar və mənəvi keyfiyyətlər, dərin təşkilatçılıq və idarəçilik qabiliyyəti ilə ona həvalə edilən vəzifəni layiqincə daşıyır, ölkədə həyata keçirilən siyasi kursun uğur qazanmasına mühüm töhfələr verir.

Həmçinin diqqətə çatdırıb ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bütün sahələrdə olduğu kimi, dövlətin təhsillə bağlı strategiyasının həyata keçirilməsində də yaxından iştirak edir. Fond fəaliyyətində təhsil sahəsini hər zaman diqqətdə saxlayır, bu sahədə müxtəlif layihələr həyata keçirməklə təhsilin inkişafına öz töhfəsini verir. Heydər Əliyev Fondu tərəfindən yeni inşa edilmiş Qax şəhər 3 nömrəli məktəb binası bu il şagird və müəllimlərin ixtiyarına verilib. Paytaxtla yanaşı, regionlarda, ucqar kəndlərdə müasir standartlara uyğun belə məktəb binalarının tikintisi ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin uğurla davam etdiyini göstərir.

Tədbirdə Qax şəhər 3 nömrəli tam orta məktəbin direktoru Leyla Mahmudova “Mehriban Əliyeva-Azərbaycan naminə şərəfli missiya” mövzusunda geniş məruzə ilə çıxış etmişdir.

Konfransda çıxış edən YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, məktəbin Azərbaycan dili müəllimi Səidə Abidova,  valideyn Rəşad Məmmədov, Məktəbin 10-cu sinif şagirdi Leyla Vahidzadə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü xeyirxah işlərdən söz açmış, rayonumuzda müasir standartlara cavab verən möhtəşəm tədris ocağının yenidən tikilib istifadəyə verilməsinə görə ölkə rəhbərliyinə, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmişlər.

Keçidlər