Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Mehriban Əliyeva – zəriflik, əzmkarlıq, kübarlıq və vətənpərvərlik mücəssiməsi” mövzusuna həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir

23 dekabr 2025 | 19:02

Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  rayonun Heydər Əliyev Mərkəzində “Mehriban Əliyeva – zəriflik, əzmkarlıq, kübarlıq və vətənpərvərlik mücəssiməsi”  mövzusuna həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.

         Tədbirdə rayon rəhbərliyi, YAP fəalları, şəhid ailələri, qazilər, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət sahəsində çalışan işçilər, gənclər, ictimaiyyət nümayəndələri iştirak etmişdir.

          Konfransı giriş sözü ilə açan RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova vurğulamışdır ki, Vətənə və xalqa xidmət ideyalarını həyat amalına çevirən, nəcibliyi və xeyirxah əməlləri ilə milyonların rəğbətini qazanan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva müasir dövrümüzün ən nüfuzlu ictimai-siyasi xadimlərindən biridir. Onun mərhəmət, şəfqət və humanizmə əsaslanan fəaliyyəti milli-mənəvi dəyərlərin qorunmasına, Azərbaycan cəmiyyətinin sosial rifahının yüksəldilməsinə xidmət edir.

Milli mədəniyyətimizin dünyada təbliği, təhsil və səhiyyə sahəsində genişmiqyaslı layihələrin həyata keçirilməsi, eləcə də şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğı onun fəaliyyətinin əsas istiqamətlərindəndir. Vətən müharibəsi zamanı Ordumuza verdiyi mənəvi dəstək, milli həmrəyliyə xidmət edən çağırışları daim minnətdarlıq duyğuları ilə xatırlanır. Xalqımızın sosial rifahına hesablanan bir çox layihələrin müəllifi olan Mehriban Əliyeva birinci xanım adını şərəflə daşıyır, dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim edir.

Azərbaycan xalqının böyük sevgisini qazanmış Mehriban xanım bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin ən yaxın silahdaşı kimi onunla çiyin-çiyinə dayanaraq Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsində fəal iştirak edir. Onun Vətən və xalq qarşısındakı ən önəmli xidmətlərindən biri də Ulu Öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsi sahəsində göstərdiyi ardıcıl səylər və reallaşdırdığı çoxsaylı layihələrdir. Sərhəd tanımayan xeyirxahlığı və nəcibliyi Mehriban Əliyevaya yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində də böyük rəğbət və sevgi qazandırıb. O, Azərbaycanda təhsil, mədəniyyət və səhiyyənin inkişafına verdiyi töhfələrlə yanaşı, milli maraqların beynəlxalq aləmdə müdafiəsi, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində də yorulmadan çalışır. Mehriban xanımın fəaliyyəti müasir Azərbaycan qadınının parlaq simasını dünyaya nümayiş etdirir və gələcək nəsillər üçün nümunəvi örnək kimi dəyərləndirilir.

Sonra Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş videolent nümayiş etdirilmişdir.

Konfransda çıxış edən YAP rayon təşkilatının sədr müavini İlikin Abbasov,  Şəki-Zaqatala Regional Mədəniyyət idarəsinin Qax rayon üzrə nümayəndəsi Dilarə Əzizova, Şəhid Fərid Dursunovun həyat yoldaşı Məryəm Dursunova, Vətən Müharibəsi qazisi Nicat Nuriyev, Qax şəhər 3 nömrəli tam orta məktəbin Azərbaycan dili müəllimi Aytən Rəsulova və rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Ümumi şöbəsinin müdiri Ülviyyə Süleymanova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü xeyirxah işlərdən söz açmış və gələcək fəaliyyətində uğurlar arzulamışlar.

 

Keçidlər