“Məişət zorakılığı, erkən nikah və uşaq əməyinin istismarı” mövzusuna həsr olunmuş maarifləndirmə tədbiri keçirilib
31 may 2024 | 09:38
30 may 2024-cü il tarixdə Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər 4 saylı tam orta məktəbində “Məişət zorakılığı, erkən nikah və uşaq əməyinin istismarı” mövzusuna həsr olunmuş maarifləndirmə tədbiri keçirilib. Tədbirdə RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova, Sosial Xidmətlər Agentnliyinin nümayəndəsi, “Qax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin həkimi və rayonun ümumtəshil məktəblərinin rəhbərləri, psixoloqlar, şagirdlər iştirak edib. Həmçinin tədbirdə mövzulara dair video materiallar və slaydlar nümayiş olunub.