Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Mənəfov Nicat Azad oğlu

16 noyabr 2026 | 17:57
Sabahın xeyir, #Qax!
Mənəfov Nicat Azad oğlu 18 yanvar 2001-ci ildə Qax rayonunun Qaradolaq kəndində anadan olub. 2007-ci ildə Qaradolaq kənd orta məktəbində 1-ci sinifə gedib. 2016-ci ildə 9-cu sinfi bitirdikdən sonra təhsilini Qax Peşə Liseyində meliorasiya ixtisası üzrə davam etdirib.
2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb və Vətən müharibəsində Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Nicat Mənəfov ölümündən sonra "Vətən uğrunda", 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” medalları və 5 noyabr 2022-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
4 noyabr 2020-ci il tarixdə Qax rayonunun Qaradolaq kəndində dəfn olunub. Şəhidimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Qax şəhərindəki küçələrdən birinə onun adı verilib. Allah Şəhidlərimizə rəhmət eləsin.
Keçidlər