Meşəbaş kəndinin sakinləri ilə RİH başçısının növbəti səyyar görüşü keçirilmişdir
19 mart 2025 | 11:31
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Meşəbaş kəndində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu keçirilmişdir.
Rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmişdir.
Müraciətlər kənddaxili suvarma kanalının mənbəyinə məişət sularının axıdılmasının qarşısının alınmasına, kəndin daxili yolunun təmir olunması üçün qum materialının tökülməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Qəbulda qaldırılan məsələlər nəzarətə götürülərək, onların həlli ilə bağlı rayonda fəaliyyət göstərən xidmət təşkilatlarına müvafiq tapşırıqlar verilmişdir.