Milli birlik və həmrəylik bayramı olan Novruz rayonda böyük coşqu ilə qeyd olunub
Əcdadlarımızdan bizə yadigar qalan, milli ruhumuzu, yaddaşımızı, qədim adət-ənənələrimizi özündə əks etdirən Novruz bayramı rayonda böyük coşqu ilə qeyd olunub.
Novruz bayramı münasibətilə martın 17-də İçəribazar Turizm, Mədəniyyət Mərkəzində ümumrayon şənliyi keçirilib.
Tədbirin keçirildiyi park gül-çiçək və səmənilərlə, al-əlvan xonçalarla bayramsayağı bəzədilib. Novruzun atributları əks olunan lövhələr, xalq tətbiqi sənəti nümunələrindən ibarət sərgi və guşələr bayramın təntənəsindən xəbər verirdi.
Bahar qızının, Kosa və Keçəlin musiqi sədaları altında meydana daxil olması bayram iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Meydanın mərkəzində qurulmuş bayram tonqalı şəhid Sadiq Məmmədovun övladları tərəfindən alovlandırılmışdır. Sonra rayon rəhbərliyi və qonaqlar yam-yaşıl səmənilərlə, xonçalarla bəzədilmiş bayram süfrələri, milli mətbəx nümunələri ilə tanış olub, el sənətkarlarının əl işlərinə baxıblar.
Bir-neçə saat davam edən bayram şənliyində rayonun bədii özfəaliyyət kollektivləri rəngarəng konsert proqramı ilə çıxış edərək şənlik iştirakçılarına xoş ovqat bəxş ediblər