Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Milli mətbuatımızın 148 yaşı tamam olur

21 iyul 2023 | 17:33

Azərbaycan milli mətbuatının əsası 148 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabi tərəfindən "Əkinçi” qəzetinin nəşrə başlaması ilə qoyulmuşdur.          
         "Əkinçi"nin Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olmaqla, o dövrdə maarifpərvərlik məfkurəsi, yaydığı fikirlər xalqımızın azadlıq və milli ruh ideallarına çevrilərək ölkəmizin gələcəyinə mühüm töhfələr vermişdir.       
         1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra mətbuatımız yeni inkişaf mərhələsinə qədəm qoymuş, öz fəaliyyəti ilə müstəqil dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, istiqlal ideyalarının yayılmasında, habelə milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynamışdır.          
       Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. 1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və mətbuat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. Ulu Öndərin diqqəti və qayğısı sayəsində mətbuat sahəsində bəzi problemlərin operativ həllini tapması, qəzetlərin əlavə dəyər və mənfəət vergisindən azad edilməsi bir daha sübut etdi ki ümummilli lider hər zaman jurnalistlərin yanında olub.          
      Milli Mətbuat gününün bayram edilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 22 iyul 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.  
       Milli Mətbuatımız ötən illər ərzində şərəfli yol keçmiş, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olmuşdur.           
       Ulu öndərin mətbuat sahəsi ilə bağlı ənənələri bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, mətbuatımız bu gün özünün yüksəliş mərhələsini yaşayır. Ölkəmizdə mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Milli Mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-nə birdəfəlik yaradımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri artıq ənənə halını alıb. Həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar, media təmsilçiləri üçün çoxmənzilli yaşayış binalarının istifadəyə verilməsi mətbuat işçilərinə yüksək dövlət qayğısının tərkib hissəsi kimi qiymətləndirilir. Bütün bunlar göstərir ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması hər zaman ölkə rəhbərinin diqqət mərkəzindədir. Azərbaycanda  mətbuatın əsas vəzifəsi fikir və söz azadlığını daha da dərinləşdirmək və ictimaiyyətin informasiyaya olan tələbatını təmin etməkdir.       
     Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır.

      Rayon İcra Hakimiyyəti bütün mətbuat işçilərini  Azərbaycan milli mətbuatının 148 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, onlara məsuliyyətli, fədakar və şərəfli işlərində uğurlar arzulayır.
 

Keçidlər